Jurnalist, "Nə? Harada? Nə vaxt?" verilişinin ulduzu Rövşən Əsgərov terrorçu və ekstremistlər siyahısına əlavə edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
2022-ci ilin aprelində Rusiya İstintaq Komitəsi Əsgərova qarşı hərbi lider Georgi Jukov haqqında nəşrlərində görə iş açıb. 2022-ci ilin may ayından Əsgərov federal axtarışa verilib və Moskvanın Basmannı məhkəməsi onun qiyabi həbsinə qərar verib.
Dekabr ayında Rusiya Ədliyyə Nazirliyi jurnalisti xarici agent olan şəxslər siyahısına daxil edib.
Rövşən Əsgərov "Nə? Harada? Nə vaxt?” verilişində iştirakı sayəsində məşhurlaşan idman jurnalisti və teleaparıcıdır. O, emosionallığı və kəskin cavabları ilə məşhurlaşıb. 2002-ci ildə Bakıda "Nə? Harada? Nə vaxt?" çempionatının təşkilat komitəsinə rəhbərlik edib, NTV kanalında idman jurnalisti işləyib.
Aysel