‘Rövşən Lənkəranski’dən xəbər var

‘Rövşən Lənkəranski’dən xəbər var
MARAQLI
12:51 14.02.2013
7476

Rusiyanın ən məşhur "oğru"larından biri, "oğrubaşı" sayılan "Ded Hasan" ləqəbli Aslan Usoyanın yanvarın 16-da Moskvada qətlə yetirilməsindən sonra kriminal aləmdə başlanmış qarşıdurma prosesi sürətlənib.

"Ded Hasan"ın dəstəsi ilə azərbaycanlı "oğru", "Rövşən Lənkəranski" kimi tanınanRövşən Canıyevvə onu dəstəkləyən "oğru"lar arasındakı qarşıdurma apogey nöqtəsindədir. "Ded Hasan"ın dəstələrinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şərcə şəhərində "sxodka", yəni "oğru" toplantısı keçirmək planlarını həmin qruplaşmaya daxil olmayan "oğru"lar ehtiyat, hətta narazılıqla qarşılayıblar. Şərcədəki toplantını mərhum Aslan Usoyanın dəstəsinin indiki liderləri - "Miron" ləqəbliDmitri Çanturiya, "Timur Sverdlovski" ləqəbliTemuri Mirzoyev, "Vasya Voskres" ləqəbliVasili Xristoforov, "Onik" ləqəbliQadi Kaloyanvə "Valera Kurd" ləqəbliValeri Farziyevtəşkil edirlər. "Ded Hasan"ın əlaltıları olmuş bu "oğru"ların toplantısını Moskva, Sankt-Peterburq, Tula, Yekaterinburq və daha 15 şəhərdəki "oğru"lar vaxtından əvvəl qəbul edilmiş qərar, Rusiyanın kriminal aləmdəki parçalanmanı daha da ağırlaşdıracaq və qarşıdurmaları gücləndirə biləcək addım sayıblar. Eyni zamanda, "Merab Suxumski" ləqəbli "oğru"Merab Canqveladzevə "Cemo" ləqəbliCemal Mikeladzenin tərəfdarları "Ded Hasan"ın dəstəsində olan "oğru"ların "Rövşən Lənkəranski"yə qarşı irəli sürdükləri iddiaların "yetərincə əsaslı" olmadığını hesab edirlər. Prime Crime isə hesab edir ki, "Ded Hasan"ın tərəfdarları ilə "Rövşən Lənkəranski"ni dəstəkləyən "oğru"lar arasındakı qarşıdurmaya "Astik Suxumski" ləqəbliAstamur Quliyanın adamları da qoşulublar. Quliyaya yaxın olan "oğru"lar "Astamur Suxumski"nin qətlə yetirilməsində bilavasitə "Ded Hasan"ın dəstəsini suçlayaraq, "qisas" alınacağını bəyan ediblər. Rosbalt bildirir ki, "Ded Hasan"ın öldürülməsində "Rövşən Lənkəranski"nin suçlanaraq onun "hədəf" elan edilməsinə bu yaxınlarda "oğru" adını almış "Maxo" ləqəbliMalxaz Darçiyevin də etiraz etməyə başladığı vurğulanır. Ən başlıcası isə odur ki, hazırda Rusiyanın ən nüfuzlu "oğru"larından biri sayılan "Tyurik" ləqəbliVladimir Tyurin"Ded Hasan"ın dəstəsində olan və BƏƏ-də toplantı keçirmək istəyən "oğru"lara dəstək verməkdən boyun qaçırıb. (milli.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranla bağlı şərtini açıqlayıb
19:46 22.06.2025
ABŞ İranla bağlı şərtini açıqlayıb
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul edib
19:27 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul edib
"Bitcoin" kəskin ucuzlaşdı
19:22 22.06.2025
"Bitcoin" kəskin ucuzlaşdı
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
18:48 22.06.2025
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir