Aygün Bəylər gözəl səsi olan müğənnidir. O öz açıqlamasında dedi ki, məni təhqir etmək fikri olmayıb. Sadəcə jurnalist sözləri təhrif edib. Aygün özü dəfələrlə mənə xoş sözlər deyib. Onun xətrini çox istəyirəm. Amma bizim janrlar fərqlidir. Ona qalsa mən də ancaq pop, estrada mahnılarını dinləyirəm. Zövqləri müzakirə etmək düzgün olmaz. Hərənin bir seçimi var" AZXEBER.COM-un məlumatına görə, bu sözləri 106.3 FM-in canlı yayımına qatılan müğənni Röya deyib. Qeyd edək ki, dünən əməkdar artist Aygün Bəylər lent.az saytına açıqlamasında Röyaya qulaq asan insanları onun səviyyəsində olmaqda suçlamışdı.