Xalq artisti Röya Ayxan ilk dəfə Türkiyədə solo konsert verəcək.
AZXEBER.COM xəbər verir ki, estrada ulduzu Azərbaycanda qeyd olunan Milli Musiqi Günü-18 sentyabrda İstanbulda səhnəyə çıxacaq.
Musiqili gecə "Turkcell Vadi” açıq hava konsert salonunda baş tutacaq.
Musiqili proqram "Kevents Group” və "Peachline”nın təşkilatçılığı ilə keçirilir.