Müğənninin mənəvi ana bildiyi, eləcə də onlarla hit mahnısını yazan tanınmış bəstəkar, əməkdar incəsənət xadimiNailə Mirməmmədlibildirdi ki, Röya Ayxan ötən gecə Bakını tərk edib. “Böyük ehtimalla Röya şair Cavid Qurbanovun sözlərinə yazdığım “Unutmaq istərəm” adlı mahnıya klip çəkdirəcək. Onu da deyim ki, üç yeni mahnı da ərsəyə gətirmişik ki, hələ dinləyicilərə təqdim olunmayıb. Konkret deyə bilmərəm, bəlkə də sürpriz olsun deyə, həmin bəstələrimdən birini ekranlaşdırdı”. Milli.Az-a açıqlama verən tanınmış şairCəlal Qurbanovda söhbətimiz zamanı R.Ayxanın İstanbulda olduğunu təsdiqlədi. “Sözləri mənə, musiqisi bəstəkar-müğənni Ramal İsrafilova məxsus olan “Gizli sevgi” adlı yeni mahnımızı Röya çox yaxın vaxtlarda repertuarına daxil edəcək. Hazırda İstanbuldakı səsyazma studiyalarının birində mahnının yüksək səviyyəli aranjmanı edilir. Yəqin ki, səfəri zamanı Röya mahnının son tamamlanma işləri ilə tanış olacaq”. Əldə etdiyimiz məlumata görə, prodüserKənan Bayramovla birlikdə qardaş ölkəyə yollanmış estrada ulduzu vətənə gələn ayın ilk günlərində qayıdacaq.
Milli.az