Röya göydən yerə belə düşdü - FOTOLAR

MAQAZİN
13:04 23.07.2012
5058

“Buta Palace”da keçirilən konsert maraqlı anlarla yadda qalıb. Milli.Az-ın məlumatına görə, öncə səhnəyə rusiyalı ulduzLeonid Aqutinçıxıb. Müğənni paytaxtımızı çox bəyəndiyini vəRöyailə eyni səhnəni bölüşdüyü üçün zövq aldığını söyləyib. Sevilən mahnılarını tamaşaçılara təqdim edən Aqutin daha sonra səhnəyə Röyanı dəvət edib. Azərbaycanlı ulduz səhnəyə daxil olduqda əsl şou başlayıb. Özünün məşhur “Röyayam” mahnısı ilə göydən səhnəyə enən xanım Ayxan repertuarından 25 mahnı səsləndirib. Röya solo çıxışı ilə yanaşı, uzun illər dostluq etdiyi həmkarları ilə də duet ifa edib.“Şeron”qrupu,Zamiq Hüseynov, Samir Cavadzadə, Niyam SalamivəSamira Allahverdiilə səhnəni bölüşən Röya tamaşaçıları ötən illərə qaytarıb. Möhtəşəm səhnə effektləri və peşəkar rəqqaslarla diqqət çəkən şounun aparıcısıNəsib Nuridi. Onu da bildirək ki, gecədə əməyi keçənlər sırasında Röyanın yaxın həmkarları da var idi. Belə ki, konsertin rejissoru müğənniRəhim Rəhimli, musiqi tərtibatçısı Zamiq Hüseynov, layihənin prodüseri isəKənan Bayramovidi. 10 nəfər musiqiçi və 3 nəfər bekvokalla tamaşaçıların qarşısına çıxan Röya ilin konsertini vermiş oldu. Konsertdə baş verən ən maraqlı məqamları isə təqdim etdiyimiz fotossesiyada izləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR