Müğənni Samir Bağırov yaradıcılığındakı yeniliklərdən danışıb.
AZXEBER.COM xəbər verir ki, "Mədəni şou"ya özəl müsahibə verən Bağırov duet layihələrindən danışıb.
O, illərdir Röya ilə layihə hazırlamaq istədiklərini açıqlayıb:
"İllərlə bunun haqqında danışmışıq. Hətta bir dəfə dağıstanlı müəlliflərin rus dilində yazdığı mahnını da ooxumalı idik, niyəsə alınmadı. Röya isə həmişə deyir ki, "Mən Samirlə xalq mahnıları oxuyacağam". Bunu eşidəndə hər kəs təəccüblənir. Amma Röya deyir ki, bu işin marağı elə Samirin milli mahnılar oxumasındadır. Bu çox qeyri adi olar məncə də. Mən sevdiyim insanlar ilə duet oxumağa hər zaman hazıram".
Aysel










































