Röya məşhur türk müğənnisi ilə konsert verəcək

Röya məşhur türk müğənnisi ilə konsert verəcək
ŞOU-BİZNES
16:18 22.11.2011
1341
Müğənni Röya Ayxan iki gündən sonra prodüseri Kənanla birlikdə səfərə çıxır. Onlar öncə Kiyevə səfər edəcəklər. Daha sonra yollarını Sankt-Peterburqdan salacaqlar. Röya orada təşkil ediləcək konsert proqramında iştirak edəcək. Bu barədə məlumatı milli.az portalına müğənninin prodüseri bildirib. "Konsert Azərbaycan diasporunun təşəbbüsüdür. Röya ilə yanaşı, səhnəni Türkiyənin məşhur sənətçisi Rafet El Roman paylaşacaq. Konsert hazırlıqları başlayıb", - deyən Kənan qeyd etdi ki, musiqili tədbirin bilet satışı nəzərdə tutulmayıb. O, diasporumuzun bu konserti Sankt-Peterburqda yaşayan azərbaycanlılar üçün təşkil etdiyini diqqətə çatdırdı.
OXŞAR XƏBƏRLƏR