Əməkdar artist Röya Ayxan da "Maşın" realiti-şoudan imtina edib.
AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, bu haqda şounun aparıcısı, əməkdar artist Murad Dadaşov media nümayəndələri ilə görüşdə deyib.
Şoumen proqramda iki dəfə iştirak edən Röyanın təkliflə bu dəfə razılaşmamasının səbəbini açıqlayıb:
"Röya dedi ki, "Murad, mən artıq anayam. Hüseyni necə qoyum, gəlim şouya?" Gördüm ki, insanların yaşı artır, qayğıları çoxalır".