Xalq artisti Röya ən böyük arzusunu açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, o bu haqda "Gün ortası" verilişində danışıb.
Xalq artisti bildirib ki, Qarabağda konsert vermək niyyətindədir:
"Bu mənim ən böyük arzumdur. İnşallah üzümüzə gələn il Qarabağda konsert vermək arzumu həyata keçirəcəyəm. Bu Nailə Mirməmmədlinin də ən böyük arzusu idi. Deyirdi Qarabağ geri alınısın, orada ilk konserti sən ver. Mən xalq artisti olaraq ölkəmə və dövlət başçıma minnətdarlıq hissimi dilə gətirmək üçün xalq konserti verəcəyəm. Sadəcə hamıdan istəyim budur ki, Qarabağa gəlsinlər.
Bu gün Qarabağda çox gözəl inkişaf var. Orada orkestrim ilə xalq konserti verəcəyəm. Hətta özümüzlə "Kukla tatrı" da aparacağıq, uşaqları da əyləndirəcəyik. Filarminiyada da konsert etməyi də çox arzu edirəm. Orada Şövkət xanımı, Rübabə xanımı yad edib, repertuarlarını oxuyacağam. özümü belə də sınamaq istəyirəm".
Aysel










































