"Röya Türkiyədə təzə-təzə populyarlaşan müğənniyə yalvarıb mahnı istəyir"

"Röya Türkiyədə təzə-təzə populyarlaşan müğənniyə yalvarıb mahnı istəyir"
ŞOU-BİZNES
23:24 30.11.2011
2105
Azərbaycan şou-biznesində yeni qalmaqal yaranır. Bu dəfə Röya və keçmiş şou-biznes yazarı, hal-hazırda bəstəçi-müğənni olan Cavanşir Babəlioğlu arasında anlaşılmazlıq yaranıb. Röyanın Cavanşir Babəlioğlunun duet yazdırmağa hazırlaşdığı türk müğənnisi Soner Sarıkabadayıdan mahnı istəməsi və onunla dostlaşması, heç də Cavanşir tərəfindən yaxşı qarşılanmadı. O, ANS PRESS-ə müsahibəsində olanlara belə münasibət bildirdi: "Mən Soner Sarıkabadayını tanımırdım. Yaxın dostum mənə dedi ki, səsləriniz oxşayır, bəlkə duet oxuyasız. Mən Türkiyədə olanda, dostum bizi tanış etdi. Soner mənim səsimi çox bəyəndi və biz duet oxuduq. Soner Sarıkabadayı ilə duetimizə klip çəkdirəcəkdim. Amma maddi durumum yaxşı olmadığından layihə gecikirdi. İndi də Röya həmin bu Soner Sarıkabadayı ilə dostlaşıb, ondan mahnı istəyir. Amma baxın necə istəyir? Özünü Azərbaycanda birinci hesab edən, sinəsinə döyüb mənəm-mənəm deyən Röya Türkiyədə təzə-təzə tanınan bir müğənniyə yalvarıb mahnı istəyir. Röyanın onun qarşısında aşağılanmasını, ona yalvarmasını, qolunun altına girib mahnı istəməsini qəbul edə bilmirəm. Onun bu hərəkətlərini efirdən görüb, azərbaycanlı olduğuma görə utandım… Mən Röyanın heç Ajda Pekkanın qarşısında adiləşməsini istəməzdim, nəinki Soner Sarıkabadayının. Başa düşə bilmirəm, Aygünə bu gün səndən üstünəm, mən birinciyəm deyən Röya indi niyə Türkiyədə təzə-təzə populyarlaşan bir müğənninin qabağında belə cılızlaşır?"
OXŞAR XƏBƏRLƏR