Azərbaycan şou-biznesinin iki ulduzu - Röya Ayxan və Rəhim Rəhimlinin avqustun 11-də Zaqatala rayonunda baş tutacağı “R&R şou”adlı konsert proqramında vaxt dəyişikliyi olub.
Röyanın prodüseri Kənan Bayramov açıqlamasında bunun səbəblərini belə izah edib: “Zaqatalada təşkil olunacaq konsertin proqramı olduğu kimi qalır, sadəcə təşkilati işləri daha mükəmməl görməkdən ötrü vaxtını bir gün sonraya keçirdik. Ümidvarıq ki, hər şey gözlədiyimizdən də uğurlu keçəcək”.
Kənan onu da əlavə edib ki, həmin tarixdə bu rayonda ənənəvi fındıq yığımı günləri başlayacaq. Keçirilən sorğu əsasında zaqatalalıların əksəriyyəti məhsul bayramında məhz zəhmətkeş ulduzlar Rəhim Rəhimli və Röya Ayxanın konsert vermələrini istəyiblər. Müğənnilərin bu səfərini pərəstişkarları ilə növbəti görüşü də adlandırmaq olar.