Röyadan verilişdə onu müdafiə etməyən Anara zərbə: Dostluq bitdi

Röyadan verilişdə onu müdafiə etməyən Anara zərbə: Dostluq bitdi
MAQAZİN
00:42 23.12.2017
23197
Əməkdar artist Röya Ayxan ilə stilist Anar Ağakişiyev arasında soyuq küləklər əsib.
 
Bu gün ARB TV-də yayımlanan "Səhər səhər” verilişində Aygün Bəylərin Röyanı sərt tənqid etməsi və stilistin buna səssiz qalması müğənnini qəzəbləndirib.
 
AZXEBER.COM xəbər verir ki, verilişdə Aygün Bəylərlə birlikdə qonaq olan stilist deyilənləri görməzdən gəlib. Anar efir boyu Aygünün tənqidləri qarşısında bir dəfə də olsun dostu Röyaya dəstək olmayıb.
 
Məlumata görə, Anarın bu hərəkəti Röyanı bərk qəzəbləndirib. Müğənni stilisti sosial şəbəkədə dostluğundan da çıxarıb və onunla dostluğuna son qoyub.
 
Qeyd edək ki, Anar Röya və Nigar qalmaqalında əməkdar artist Röyanın doğru dediyini bildirmişdi. Ancaq bugünkü verilişdə səssiz qalması ilə diqqət çəkib.
 
Nazim Qasımzadə
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR