Röyanı Facebook-a görə tutdular - FOTO

MARAQLI
11:44 04.04.2014
3672
Britaniya vətəndaşı Röya Saberi Necad Nobəxt İranın Şiraz şəhərində hava limanında, təyyarədən düşən kimi həbs olunub.
Əslən iranlı olan 47 yaşlı qadın "İran əleyhinə casusluq"da suçlanıb.
O, İranın paytaxtı Tehrandakı Evin həbsxanasındadır.
Qadının suçu Facebook-dakı profilində "İranda insan haqları kobud şəkildə pozulur" yazması olub.
Bu statusu profilində dərc edəndən həftələr sonra İrana, ailə üzvləri və qohumlarına baş çəkməyə gedən Röya Saberi həbs olunub.
İngiltərənin Stokton şəhərində yaşayan Röyanın əri Dəryuş Tağıpurun dediyinə görə, arvadı İranın mövcud hakimiyyətini insan haqlarını kobud şəkildə pozmaqda ittiham etdiyi üçün tutulmuşdu.
Aşpaz işləyən Dəryuş və onun Stokport Kollecində çalışan xanımı İranı illər əvvəl tərk ediblər.
"Röya siyasətçi, insan haqları müdafiəçisi və ya ictimai xadim deyil. Onun həbsxanada saxlanmasının səbəblərini bilmirəm. Britaniyanın hakimiyyət dairələrindən xahiş edirəm ki, arvadımın azadlığa çıxmasına yardım etsinlər", - Dəryuş Tağıpur deyib.(milli.az)
OXŞAR XƏBƏRLƏR