Röyanın fanatları etiraz aksiyası keçirəcəklər

MAQAZİN
15:19 19.10.2012
2108
Röya Ayxanın fanatları müğənninin evinə axışırlar.
Yerli şou-biznesdə son günlərin ən çox danışılan mövzularından biri də tanınmış estrada ulduzu Röya Ayxanın vətəni tərk edib İstanbula köçmək istəyidir. Çoxları bu xəbəri ciddiyə almasalar da, üzülmək onun fanatlarının payına düşüb. Əldə etdiyimiz məlumata görə, neçə-neçə pərəstişkarı "Röya, sən bizimsən!", "Röya, getmə!" şüarlarının yazıldığı plakatlarla müğənninin Bakı kəndlərinin birində yerləşən evinin qarşısına axışacaqlar. Fanat aksiyasının günorta saatlarında başlanacağı bildirilir.Müğənninin çoxsaylı sosial şəbəkədəki fanat səhifələrinin birində, "Bəzilərinin istəyi oldu!!! Röyamız ölkəmizi, bizləri tərk edib gedir. Niyə axı? Röyam sən bu qədər aciz deyilsən, niyə düşmənlərini sevindirirsən? Röyamızın getmeyinə sevinənlər heç də sevinməyin, çünki onun bir əli hər zaman Azərbaycanda olacaq, meydani sizə buraxmaz. Heç kim onun yerini tuta bilməz! Heç kim! Getmə, Röyam, bizim sənə ehtiyacımız var. Azərbaycan səninlə tanınır.. sən Azərbaycanın tək müğənnisisən Röya Ayxan!!! Biz neyləyərik axı sənsiz? Sən bizim Röyamızsan, qəlb kraliçamızsan, getmə :-(( ", və buna bənzər statuslar yazılıb.

OXŞAR XƏBƏRLƏR