Röyanın keçmiş əri məhkəmədə atasıyla üzləşdi

Röyanın keçmiş əri məhkəmədə atasıyla üzləşdi
SOSİAL
17:22 25.01.2018
1783
"Çudo Peçka” və "ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi məhkəmə prosesi davam edib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə əməkdar artist Röyanın keçmiş əri Anar Cəlilov dindirilib.
 
O, heç vaxt işləmədiyini deyib və ümumi olaraq şirkətinin işindən danışıb: ""Çudo Peçka" MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub. Bizim bankla münasibətlərimiz 2006-ci ildən başlayıb. Həmin vaxt işlərimiz biraz pisləşmişdi. Həmin dövrdə kreditləri ödəyirdik. 2011-cı ildən firmanı onların adına keçirilib. O zaman razılaşdıq ki, bütün borclarını sildilər".
 
 O qeyd edib ki, 2006-cı ildə adına qol çəkib pul götürüblər: "Mən pula əl vurmurdum. Gedib sənədlərə qol çəkirdim. Heç bir ehtiyacım olmayıb. Atam bir dəfə yanına çağırıb, bakdan kredit götürüləcəyini deyib. Dedi ki, Çudo Peçka"nın fəaliyyəti ilə bağlı  "Bank Standard"dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də atamla razılaşdım, bundan sonra həmin bankın "MUM" Univermağının yanındakı baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım. Lakin həmin sənədlərdə nə yazıldığı bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün tərtib olunan sənədlər idi. Amma kredit üzrə vəsaiti mən götürməmişəm".
 
Bu zaman Çingiz Cəlilov yerindən etiraz edib. O bildirib ki, Heydər Babayev və arvadı tərəfindən bu işlər qurulub: "Onların tulası Kirman da pulları yeyib, bizim kimi adamları ortalığa atıb. Mən bunların hamısını danışacam. Oğlum Anar mənim istəyimlə kredit götürüb. İş bu qədər sadədir.  Anar nə var, danış".
 
Anar Cəlilov bildirib ki, 15 milyon manatdan çox kredit ödənilib: "Biz 20 milyon manat götürmüşük, 15-16 milyonu qaytarmışıq. Həmin dövrdə vəziyyət yaxşı olmadı. O zaman biz onlara firmanı verdik. Dedilər ki, firmanı genişləndiricəklər. Mənim bu işlərdən ümumiyyətlə xəbərim olmurdu".
 
Qeyd edək ki, ittihama görə, Çingiz Cəlilov "Standart Bank"ın idarə heyətinin sədri Səlim Kirmanla cinayət əlaqəsinə girərək 14 milyona yaxın məbləği mənimsəyib aralarında bölüblər.
 
Çingiz Cəlilov və yaxınlarına aid olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.
 
Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.
Səlim Kirman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
16:23 15.05.2025
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
16:15 15.05.2025
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
Snoop Doogun komandası Mehin üçün klip çəkdi  - VİDEO
16:02 15.05.2025
Snoop Doogun komandası Mehin üçün klip çəkdi - VİDEO
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
15:55 15.05.2025
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
15:50 15.05.2025
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
15:46 15.05.2025
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
15:37 15.05.2025
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil