Tanınmış estrada ulduzu Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov aktyor olmaq qərarına gəlib.
Məlumatına görə, Röyanın bir neçə ildir, Türkiyədə yaşayan qardaşı aktyorluq fəaliyyətinə elə orada başlayacaq. Yeni mövsümdə Qardaş ölkənin “Şou TV” kanalında çəkiləcək seriala dəvət alan İsmayıl hələ onlara “hə” cavabı vermədiyini və fikirləşdiyini bildirib. Əgər ssenari və rol xoşuna gələrsə, o, rejissorlara müsbət cavab verəcək.
Qeyd edək ki, Röyanın qardaşı və anası 12 ildən çoxdur, Türkiyədə yaşayırlar. Bu səbəbdən İsmayıl Nəcəfov aktyorluq sənətinə elə ilk olaraq orada başlayacaq.