Xalq artisti Röya Ayxan və milyonların sevimlisi Miro bir araya gələrək "Olsun” adlı duetlərini təqdim etməyə hazırlaşırlar. Bir neçə gün sonra dinləyicilərə təqdim olunacaq mahnının klipinin rejissoru Delee-dir.
AZXEBER.COM xəbər verir ki, klipin çəkilişləri zamanı fotoqraf Niko həm xüsusi fotosessiya, həm də maraqlı backstage görüntüləri lentə alıb. Delee-nin rejissor işi ilə ərsəyə gələn ekran əsərinin çəkiliş meydançasından maraqlı kadrları klipin premyerasından əvvəl izləyicilərimizə təqdim edirik.
Pop kraliça Röya Ayxan və hər layihəsi ilə musiqi gündəminə öz imzasını atan Mirodan bu dəfə də dinləyicilərin yaddaşına yazılacaq bir iş gözlənilir.











































