'Röyaya gözün üstə qaşın var desən, səni öldürərik'

ŞOU-BİZNES
12:12 23.11.2012
3443
Bir neçə gün əvvəl mətbuatda müğənni Röyanın Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparlması ilə bağlı yayılan məlumat hələ də gündəmdədir. 
Məsələ ilə bağlı yeni maraqlı məqamlar ortaya çıxıb. Məlumatlara görə, müğənnilər Röya ilə Elton arasında uzun müddət imiş mahnı üstündə mübahisə yaşanıbmış. Elton Röyanı mübahisə zəminində hədələyib. Bundan sonra hər iki müğənni arasında mübahisə daha da böyüyüb. Röya bununla bağlı uzun müddətdir dostluq etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Mingəçevir şəhər şöbəsinin rəhbəri, general Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyevə müraciət edib. Xahiş edib ki, Eltonu cəzalandırsın. Hərbi komissar da eləməyib tənbəllik, Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini sillələyəndən sonra onun başına silah dirəyiblər. Ona “bir də Röyaya gözün üstə qaşın var desən, səni öldürərik” tipində hədə-qorxu gəliblər.
Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin. Elton da DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin (BMCMI) rəisi Mirqafar Seyidovun adına şikayət ərizəsi yazıb. Bundan sonra əməliyyat hazırlanıb. “Bandotdel”in əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək idarəyə aparıblar. Elton da BMCMI-yə dəvət olunub. Müstəntiq müğənniləri üzləşdirib və Röya Eltonu Əqid Bayroyev vasitəsilə cəzalandırdığını rəsmən etiraf edib. Bu olay Bəylər Əyyubova çatdırılandan sonra qohumunun işdən qovulmasına etiraz etməyib.
Röya isə bugünlərdə telekanallara müsahibəsində artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirib. Deyilənə görə, onun bu sensasion bəyanatı bu hadisə ilə bağlıdır. /Azadliq.info/
OXŞAR XƏBƏRLƏR