Röyayla Natavan Aygün Kazımovanı ələ saldılar - VİDEO
MAQAZİN
11:11 04.02.2013
5905
Mükafatlandırma mərasimlərinin birində barışan şou-biznesin iki küsülü siması Röya və Natavan birləşib xalq artisti Aygün Kazımovaya sataşdılar.AZXEBER.COM-un məlumatına görə, müğənnilər cütləşən kimi "Qoy hamı valerian içsin" və başqa ifadələrlə kimlərə isə söz atmağa başlayıblar. Röya ilə Natavan bir araya gəldikdə əlbəttə ki, ikisinin də düşmən münasibətdə olduqları Aygün Kazımova yaddan çıxmaz. Müğənnilərin ATV-nin "10Lar" verilişinin kamerasına gülə-gülə "Hollivuddan salamlar!" demələrini hər kəs Aygün Kazımovanın dünya layihəsinə bir işarə olduğunu, daha doğrusu xalq artistinin Hollivud ulduzu Snup Doqla duetni ələ salmaq kimi qəbul etdi.