Rza 4 il müddətinə diskvalifikasiya edildi

DÜNYA
10:32 07.03.2025
301
Türkiyəli məşhur güləşçi Rza Kayaalp dopinq testindən keçə bilmədiyi üçün 4 il müddətinə yarışlardan uzaqlaşdırılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Test Agentliyi açıqlama yayıb. Bildirilir ki, Dünya İdman Arbitraj Məhkəməsinin (CAS) Dopinqlə Mübarizə Bölməsi, 28 may 2024-cü ildə götürülən nümunəsində "Trimetazidin" adlı qadağan olunmuş maddənin tapılması səbəbindən idmançının cəza aldığını açıqlayıb.

Qərara əsasən, Kayaalp 1 iyul 2024-cü ildən 30 iyun 2028-ci ilə qədər bütün idman yarışlarından uzaqlaşdırılıb. Bundan əlavə, onun 28 may 2024-cü ildən etibarən əldə etdiyi bütün nəticələr ləğv edilib.

36 yaşlı idmançı bu qərarın ona bildirildiyini təsdiqləyərək, hüquqi mübarizəsini davam etdirəcəyini bildirib:

"Mən artıq karyeramı bitirmiş idmançıyəm, amma kimlərsə mənimlə məşğul olur. Yarışlardan öncə deyil, təlim-məşq toplanışında zədəmi sağaltmaq üçün mənə yazılan dərmanı qəbul etmişəm. Bu, idmanda qadağan olunmuş bir şey deyil. Lakin bunun nəticəsində Dünya Güləş Birliyi (UWW) mənim yarışlara qatılmağımı müvəqqəti olaraq dayandırdı. Müsabiqələrdə qazandığım bütün medallar halal zəhmətimlə qazanılıb. Amma niyə karyeramın sonunda mənimlə bu qədər məşğul olduqlarını anlamıram", - deyə Kayaalp açıqlamasında bildirib.

Qeyd edək ki, Rza Kayaalp daha öncə də dopinq testində problemlər yaşadığı üçün 2024 Paris Olimpiadasında iştirak edə bilməmişdi.

OXŞAR XƏBƏRLƏR