Ebru Gündeşlə evliliyi ilə bütün Türkiyədə şöhrət qazanan və sonradan rüşvət iddialarında adı hallanaraq həbs edilən iş adamı Rza Zərrabın həyatından bəhs edən film çəkiləcəyi ilə bağlı xəbərlər yayılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ebru Gündeşdən boşandıqdan sonra bu yaxınlarda Dilarə Altıntopla ailə quran və ABŞ-də yaşayan Rza Zərrabın dünyaca məşhur rəqəmsal platforma ilə müqavilə imzaladığı iddia edilib.
Zərrabın həyatının sənədli film, yoxsa serial kimi yayımlanacağı hələ ki, açıqlanmayıb.
Aysel