Rza Zərrabla bağlı Azərbaycan səfirliyi etiraz edəcək

SİYASƏT
13:35 23.12.2013
1410

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkənin bəzi KİV-lərində Rza Zərrabın Bakıda doğulmasına dair yazdıqlarını araşdırır.

Bu barədə AZXEBER.COM-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsevər Salmanovaçıqlama verib.Onun sözlərinə görə, bu cür məlumat bütün Türkiyə mətbuatında deyil, təxminən 30 faizində yayılıb:“Biz bununla bağlı Azərbaycanın müvafiq qurumlarına sorğu ünvanlamışıq. Rza Zərrabın Bakıda doğulmamasını təsdiqləyən rəsmi məlumatı aldıqdan sonra bəzi Türkiyə KİV-lərinə xəbərdarlıq ünvanlayacağıq. Hesab edirik ki, ondan sonra Türkiyə mediası bu yanlışlığı aradan qaldıracaq”.Türkiyə mətbuatı həyata keçirilən “rüşvət əməliyyatı” zamanı həbs olunmuş iş adamı Rza Zərrabın 1984-cü il Bakıda doğulduğunu yazıb.

Qeyd edək ki, R.Zərrab əslən Cənubi Azərbaycandandır.

OXŞAR XƏBƏRLƏR