Səfirlər yenə İctimai Palatada görüşə hazırlaşırlar

MARAQLI
16:11 09.06.2011
1691

Görüş barədə “salamnews” saytının suallarını cavablandıran ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin bildirib ki, görüşdə səfirliyin siyasət şöbəsinin nümayəndəsi iştirak edəcək. Lakin səfir Metyu Brayzanın özü görüşə qatıla bilməyəcək.

Görüşdə konkret hansı xarici təmsilçilərin iştirak edəcəyi haqda məlumat yoxdur. Lakin ehtimal edilir ki, bu, aprelin əvvəllərində İctimai Palatada keçirilmiş görüş formatının təkrarı olacaq.
Xatırladaq ki, İctimai Palatanın 2 aprel mitinqindən sonra Avropa Birliyinə daxil olan və bəzi başqa qərb dövlətlərini təmsil edən 27 səfir Müsavatın qərargahında İP nümayəndələri ilə görüşmüşdü.

OXŞAR XƏBƏRLƏR