YAP Gənclər Birliyinin III Konfransında qonaq kimi iştirak edən “Eurovision” mahnı müsabiqəsinin mükafatçısı Səfurə Əlizadə konfransda çıxış edib. O, Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini vurğulayıb. S. Əlizadə YAP Gənclər Birliyinin fəaliyyətinə toxunaraq qeyd edib ki, təşkilat ölkə gəncləri arasında böyük nüfuz qazanıb.
Qeyd edək ki, Azərbaycan şou-biznes nümayəndələri arasında bundan əvvəl də YAP-a üzv olanlara rast gəlinib.