Sənubər İsgəndərlini Pişiklər Günündə kədərləndirən nə oldu?

Sənubər İsgəndərlini Pişiklər Günündə kədərləndirən nə oldu?
ŞOU-BİZNES
18:21 01.03.2011
1808

Ev heyvanlarına sevgi ilə yanaşan insanlar arasında tanınmış incəsənət adamları da çoxluq təşkil edirlər. Əksər sənətçilər əsasən evlərində it saxlasalar da, pişiyi əzizləyən populyar simaların da sayı azlıq təşkil etmir. Məlumatlı idik ki, Azərbaycanın məşhur "qlamur" xanımlarından biri hesab edilən, Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərli də uzun illərdən bəri evində pişik saxlayır. Pişiyinin bayramı münasibətilə aktrisanı təbrik etmək məqsədi ilə ona zəng etdiyimiz zaman çox üzücü bir xəbər eşitdik.

"Mimi" adlı pişiyimin cinsi "türk anqorası A" idi. Xarakercə bütün pişiklərdən seçilirdi. Məxsusi ədası var idi. "Dəymə mənə, özüm bilərəm" şüarı ilə yaşayırdı. Heyf ki, yay mövsümündə bağa köçdüyümüz zaman onu itirdim. Özü izib itmişdi, ya da oğurlamışdılar. Bu barədə heç nə öyrənə bilmədim. Çox axtardım, amma nəticəsi olmadı", - Sənubər İsgəndərli dedi.

Trend-in "bəs, nə üçün başqa bir pişik götürüb, onu sevginizlə böyütmək istəmirsiniz" sualını əməkdar artist gözləmədiyimiz müqayisəsi ilə cavablandırdı. "Belə bir fikrim yoxdur. Çünki balaca bir "pişiyim" var ailəmdə, adı da Nəzrindir (gülür). Hələ ki, ancaq sevgimi onunla bölüşürəm (Nəzrin aktrisanın nəvəsidir - red.) İnanın, bu balaca "pişiyim" mənim aləmimdə bütün pişikləri əvəz edir", - İsgəndərli əlavə etdi.

Söhbətimiz zamanı Sənubər xanım gizlətmədi ki, o, 1 mart tarixinin pişiklər üçün əlamətdar gün oluğunu bilmir. "Ümumilikdə götürsək, Avropada heyvanlara münasibət başqa cürdür. Əsl alqışa layiq. Ancaq açıq demək lazımdırsa, bu qayğının bizdə olmaması haradasa heyvanları qorumağa çalışan bir vənətdaş kimi üzür məni. 1 mart tarixinin beynəlxalq aləmdə pişiklər günü olması haqqında isə məlumatım yox idi. Amma insan başda olmaqla, Allahın yaratdığı bütün canlılara, xüsusən də heyvanlara qarşı çıxmaq olmaz. Pişiklərə arzularımı insanlara yönəldib fikrimi belə izah etmək istəyirəm. Nəinki pişiklərə, növündən asılı olmayaraq bütün heyvanlara qarşı diqqətli və mehriban olsunlar həmişə. Pşiklərə isə qarınlarının tox, yerlərinin isti olmasından başqa nə arzulamaq olar ki?" - əməkdar artist ürək sözlərini belə tamamladı.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
20:25 28.07.2025
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
20:20 28.07.2025
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
20:11 28.07.2025
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
20:03 28.07.2025
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
19:55 28.07.2025
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
19:49 28.07.2025
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
19:37 28.07.2025
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
19:23 28.07.2025
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
19:11 28.07.2025
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
Vətən müharibəsi iştirakçısının evi yandı
18:51 28.07.2025
Vətən müharibəsi iştirakçısının evi yandı
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
18:39 28.07.2025
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
18:26 28.07.2025
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
18:12 28.07.2025
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
18:04 28.07.2025
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
17:47 28.07.2025
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
17:41 28.07.2025
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb