Səyavuş Aslanın vəziyyəti yenidən ağırlaşdı

MARAQLI
06:35 06.08.2011
1856

Bu barədə Lent.az-a 1 saylı Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov məlumat verib. Baş həkimin bildirib ki, xəstə ilə dünən görüşüb. Vəziyyətində heç bir dəyişiklik yoxdur. T. Bəbirov qeyd edib ki, S. Aslan böyük ehtimalla вфрф bir neçə gün reanimasiyada qalacaq. Baş həkim onu da deyib ki, xalq artistinin üzərində hər hansı əməliyyat aparılması nəzərdə tutulmur. 

Xatırladaq ki, Səyavuş Aslan avqustun 3-də axşam saatlarında 4 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Sonradan, yəni avqustun 4-də günorta saatlarında həmin xəstəxananın təchizatının zəif olması səbəbindən tanınmış aktyor 1 saylı Şəhər Xəstəxanasına köçürülüb.

Qeyd edək ki, xalq artisti Səyavuş Aslan 1935-ci ildə anadan olub. Azərbaycan klassik kino və teatr səhnəsinə 100-dən çox unudulmaz obraz bəxş etmiş sənətkar hazırda Akademik Milli Dram Teatrında fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR