Saakaşvili: “Azərbaycanlılarla fəxr edirəm!”

SİYASƏT
19:30 25.10.2013
1421

Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanlı Tələbələr Assosiasiyasının (ATA) nümayəndələri iləgörüşüb.

AZXEBER.COM “Qruziya Online”yə istinadən xəbər verir ki, ATA Gürcüstan azərbaycanlılarının yerli ali təhsil müəssisələrində təhsil almasına göstərdiyi köməkliyə görə, M.Saakaşviliyə təşəkkürnamə təqdim edib.Prezident görüşdə Gürcüstanın vətənpərvəri olan azərbaycanlıları gördükdə iftixar hissi keçirdiyini bildirib.“Bu, mənim fəxr edə biləcəyim şeylərdən biridir, çünki biz gürcüstanlı azərbaycanlılarda Gürcüstana qarşı vətənpərvərlik hissini oyatmağa nail olduq. Bu çox böyük bir şeydir. Biz sizi Gürcüstanın təhsil sisteminəinteqrasiya etdirə bildik və əgər məndən soruşsalar ki, prezident kimi nailiyyətim nədir? O zaman mən ilküçlükdə bunu qeyd edərəm”, - deyə Saakaşvili bildirib.

OXŞAR XƏBƏRLƏR