Saakaşvili istintaqa izahat verməkdən imtina etdi

Saakaşvili istintaqa izahat verməkdən imtina etdi
DÜNYA
09:28 06.12.2017
1149
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili istintaqa izahat verməkdən imtina edib.
 
 AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Yeni qüvvələr hərəkatı”nın mətbuat katibi Maryana Poçtar bildirib.
 
"Saakaşvili heç bir prosessual sənəd imzalamayıb, nə də almayıb. Nə o özü, nə də vəkilləri. Hətta şübhəli şəxs hesab olunmasına dair belə sənəd təqdim edilməyib”, - deyə Maryana Poçtar bildirib.
 
Onun sözlərinə görə, dekabrın 6-na Ali Radanın qarşısında keçiriləcək brifinqdə M.Saakaşvili vəkilləri ilə birlikdə məsələyə aydınlıq gətirəcək. Qeyd edək ki, Baş Prokurorluq bundan əvvəl M.Saakaşvili barəsində axtarış elan edib.
OXŞAR XƏBƏRLƏR