Saakaşvili Poroşenkoya barışıq təklif etdi

Saakaşvili Poroşenkoya barışıq təklif etdi
DÜNYA
15:00 17.12.2017
1634

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili ölkə prezidenti Pyotr Poroşenkoya barışıq təklifi ilə məktub göndərib.

Bu barədə Ukraynanın "1+1” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bundan əvvəl M.Saakaşvili P.Poroşenko ilə razılığa gəlməyin vacibliyini vurğulamışdı.

"Poroşenkoya məktub artıq göndərilib. Mişa barışıq təklif edir”, - deyə məlumatda bildirilir.

Virtualaz.org bildirir ki, məsələ ilə bağlı Saakaşvili özü hələlik heç bir açıqlama verməyib.

OXŞAR XƏBƏRLƏR