Gürcüstan hakimiyyəti sabiq prezident Mixeil Saakaşvilinin partiyasının qadağan edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
O qeyd edib ki, ki, oktyabr ayında "Vahid Milli Hərəkat” partiyasının qadağan olunması üçün Konstitusiya Məhkəməsində müvafiq iddia qaldırılacaq.
Hökumət başçısı qeyd edib ki, bu, demokratik prosesdir.
\APA