Saatlıda 50 yaşlı kişi qətlə yetirildi

Saatlıda 50 yaşlı kişi qətlə yetirildi
SOSİAL
23:04 22.03.2026
247
Saatlıda qətl hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, Fətəlikənd kənd sakini, Söhbətov Rizvan Məmmədağa oğlu mübahisə zəminində 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğluna bıçaqla xəsarət yetirib.

Ürək nahiyəsindən xəsarət alan R. Abdullayev Saatlı rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda qətli törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR