Saatlıda iki avtomobil toqquşdu, xəsarət alan var

Saatlıda iki avtomobil toqquşdu, xəsarət alan var
SOSİAL
22:49 14.06.2021
383
Saatlı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzindəki çörək zavodunun yaxınlığında qeydə alınıb. Belə ki, "Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Şirinbəyli kənd sakini, 1985-ci il təvəllüdlü Qurbanov Mustafa Məlik oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR