Saatlıda olimpiya idman kompleksi tikilir

İDMAN
10:14 11.06.2013
1393

Saatlı rayonunda inşa edilən olimpiya idman kompleksi gələn ilin əvvəlində istifadəyə veriləcək.

AZXEBER.COM rayonun İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Saatlı rayonunda olimpiya idman kompleksinin tikintisi üçün 6,5 hektar torpaq sahəsi ayrılıb.Artıq kompleksdə tikinti işləri aparılır və xeyli işlər görülüb.İdman kompleksində iki mərtəbədən ibarət 5 kottec, uzunluğu 25, eni isə 12 metr olan su hovuzu, 900 nəfər tutum olan tamaşaçı zalı, həmçinin futbol, voleybol, basketbol, tennis və digər idman növləri üçün yerlər hazırlanacaq.Hazırda tikinti meydançasında 100 nəfərdən çox işçi çalışır.Olimpiya idman kompleksi gələn ilin əvvəlində istifadəyə veriləcək.

OXŞAR XƏBƏRLƏR