Saatlıda şagirdin ölüm səbəbi açıqlandı

Saatlıda şagirdin ölüm səbəbi açıqlandı
SOSİAL
16:21 08.05.2018
3229

Saatlı rayonu, Sarıcalar kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Yəhya Ağayev tənəffüs zamanı ürək tutmasından vəfat edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Saatlı Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, ilkin tibbi yardım göstərilməsinə və şagirdin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR