Sabah ali məktəblərə ixtisas seçiminin son günüdür

Sabah ali məktəblərə ixtisas seçiminin son günüdür
SOSİAL
22:18 12.08.2018
2586
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçimi iyulun 30-da başlayıb və sabah saat 23:59-dək davam edəcək. 

AZXEBER.COM DİM-ə istinadən xəbər verir ki, ixtisas seçimi internet vasitəsilə elektron formada aparılır və bu prosesi həftənin istənilən günü, günün istənilən vaxtı həyata keçirmək mümkündür. İxtisas seçimi etmək sadə bir prosesdir və hər bir abituriyent bunu özü edə bilər. Bunun üçün hər hansı bir şəxsə müraciət etməyə ehtiyac yoxdur.

Qeyd edək ki, müsabiqəyə buraxılan abituriyentlərin sayı I qrup üzrə 16649, II qrup üzrə 11698 , III qrup üzrə 14143, IV qrup üzrə 4079, V qrup üzrə isə 8164 nəfərdir. 

Abituriyentlərə qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməyi və ixtisas seçimi edib ərizələrini təsdiq etməyi tövsiyə edirik. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər. 
OXŞAR XƏBƏRLƏR