Sabah avtobuslar işləyəcək - RƏSMİ

Sabah avtobuslar işləyəcək - RƏSMİ
SOSİAL
13:19 07.05.2021
924
Bakı Nəqliyyat Agentliyi 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib.

BNA-dan AZXEBER.COM-a verilən xəbərə görə, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir.
Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.

Qeyd edək ki, mayın 9-u saat 00.00-dan mayın 16-sı saat 06.00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
OXŞAR XƏBƏRLƏR