Sabah Azərbaycanda anomal isti olacaq

MARAQLI
17:18 07.07.2011
1500

Sinoptiklər əhalini ehtiyatlı olmağa və günorta saatlarında küçəyə çıxmamağa çağırıb.

“İyulun 8-də yüksək tempratur fonunda ölkə ərazisinə daxil olan qısamüddətli istilik dalğası nəticəsində maksimal tempratur aran rayonlarında, Naxçıvanda 40-42 dərəcə, Bakıda və Abşeron yarmadasında isə 38-40 dərəcəyə qədər isti proqnozlaşdırılır. İyulun 9-u və 10-da isə Bakıda və Abşeron yarmadasında artıq küləkli hava müşahidə olunacaq. Dəyişkən buludlu, əsasən yağmursuz, şimal-qərb küləyi yarımadanın bəzi yerlərində güclənəcək. Şimal-qərb küləyinin əsməsilə tempratur bir qədər aşağı enərək, gündüz saatlarında 29-34 dərəcə təşkil edəcək”, - deyə hidrometeoroloq Asif Verdiyev vurğulayıb.

OXŞAR XƏBƏRLƏR