Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 17-22, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoz