Sabah bütün stadion «Foqts istefa!» qışqıracaq

İDMAN
09:33 06.06.2011
1651

Elxan Məmmədovun "Foqts istefa!" şüarının qarşısını almaq məqsədi ilə tribunalara öz adamlarını yerləşdirməsindən xəbərdar olan fan-klub rəhbəri baş katibin gecikdiyini bildirib: "Deyəsən onlar indi ayılıb. Biz isə artıq lazım olan biletləri almışıq. Demək olar ki, 15-20 gündü bütün sektorlara bilet paylayıram. 10 sektorun hərəsindən 5-6 bilet alıb uşaqlara vermişəm. Məqsəd bütün stadionun "İstefa" tələb etməsidi. Artıq bu qaçılmaz hala gəlib. Foqts istefa verməlidi".

"Xəmsə"nin rəhbəri fan-klubların bu gecə toplaşaraq, qərar verəcəyini bildirib: "Bu axşam fan-klublarla toplantı keçirmək fikrimiz var. Bütün fan-klublarla danışmışam. Hamısının gələcəyi gözlənilir. Yalnız "11-ci sektor" imtina edib. Onlar dedi ki, "biz sona kimi gözləyəcəyik". Bu gün axşam saatlarında görüşəcəyik. Bundan sonrakı addımlarla bağlı orda qəbul olunacaq".

"Foqts-mokus artıq bizi bezdirib. Nə qədər hörmətsizlik, nə qədər saymamazlıq olar. İnanın ki, Foqtsun adı çəkilən qəzeti parçalayıb atıram. Bu adam bizi təhqir edir, məsxərəyə qoyur", deyə Adil Məmmədov bildirib.

 

OXŞAR XƏBƏRLƏR