Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Vaqif Əsədovun verdiyi məlumata görə, Xocalı prospekti və ətraf yollarda saat 08.00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək: “Xocalı soyqrımının ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək insanların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etmək məqsədi ilə bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq. Saat 08.00-dan mərasim başa çatanadək N.Rəfiyev, Yusif Səfərov, M.Mehdizadə, A.İsmayılov, Tağızadə və digər küçələrdə və kəsişmələrdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.