Sabah Bakı “yanacaq”

MARAQLI
01:27 22.08.2011
1425

Avqustun 22-də paytaxt və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir

Avqustun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda havanın temperaturu gecə 22-24°, gündüz 30-32° isti təşkil edəcək. Abşeron yarımadasında isə gecə 20-24°, gündüz 29-32° isti olacaq.  Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 763 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 55-60 faiz olacaq.  Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. 

OXŞAR XƏBƏRLƏR