Sabah Bakıda bu ərazilərdə qaz olmayacaq

SOSİAL
22:34 08.10.2024
393
Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə AZXEBER.COM-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması məqsədilə 09.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binə Sovxoz yaşayış ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR