Sabah Bakıda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir

MAQAZİN
12:52 19.03.2013
1420
Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək.AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 4-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.

OXŞAR XƏBƏRLƏR