“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH

“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
İDMAN
22:53 11.09.2026
98
Xəbər verdiyimiz kimi, dünən Sabah" komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu keçirib. İngiltərədə "Mançester Yunayted"in qonağı olan Azərbaycan çempionu 4:0 hesabı ilə məğlub olub. "Old Trafford" stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurublar.

Futbol şərhçisi Ramiz Mirzəzadə AZXEBER.COM-a açıqlamasında deyib ki, Sabah” komandası güclü rəqibə qarşı inamlı təsir bağışladı: 

"”Sabah” komandası Çempionlar Liqasında "Mançester Yunayted” səfəri ilə başladı.  Doqquz yaşlı bir komandanın Çempionlar Liqasında debüt etməsi və turnirin ilk mərhələsindən başlayaraq çempion olduğu mövsümdə belə mübarizəni davam etdirməsi özü böyük uğurdur. Çempionlar Liqasında "Mançester Yunayted” kimi tarixi bir komandanın "Old Trafford” stadionunda start almaq olduqca məsuliyyətli və çətin bir hədəf idi. Məncə, "Sabah” komandası bu güclü rəqibə, bu böyük ada qarşı İngilis azarkeşlərinin önündə ilk qolu buraxana qədər xüsusilə inamlı təsir bağışlayırdı. Kaheem Parrisin ötürmədəki səhvi qol buraxmağımıza gətirib çıxardı, ardınca fasiləyə doğru iki qol da buraxdıq. Bu da təcrübəsizliklə bağlıdır”.

O qeyd edib ki, "Sabah” bundan sonra da rəqiblərə qarşı daha yaxşı nəticə qazanmağa çalışacaq:

"Amma ikinci hissəyə komandamız yenə yaxşı başladı, yenə topla daha çox oynamağa, öz oyun üslubunu yenə diktə etməyə çalışırdı. Komanda var ki, debütantdır, güclü rəqib qarşısında, böyük stadionda özünü geriyə ataraq müdafiə olunmağa çalışır. Daha belə deyək, zəif oyun göstərir və daha zəif nəticə qazanır.

Rəqibə qarşı hücumlar təşkil etməyə çalışırdı. Hücumda bir neçə qol vurmaq şansımız var idi. Bir neçə epizodla "Mançester Yunayted” qarşısında təhlükəli vəziyyətlər yaratmağa çalışdıq. 

Ümumilikdə, komandamızın oyununu, oyun fəlsəfəsini, baş məşqçinin hazırlığını və komandanın debütünü uğurlu adlandırmaq olar. Məğlubiyyətə baxmayaraq, "Sabah” komandası inam vəd edir bundan sonra keçirəcəyimiz oyunlarda bütün rəqiblərə qarşı komandamız daha yaxşı nəticə qazanmağa çalışacaq”.

"”Arsenal”və "Barselona” ilə də çətin səfər matçımız var. Bunlarla oyunlarda "Sabah”ın məğlubiyyətə qaçılmaz ola bilər. "Sabah”ın Çempionlar Liqasında yüksək səviyyədə çıxış edəcəyinə inanıram.

"Sabah” məğlubiyyətdən dərs çıxarıb növbəti oyunlara daha yaxşı hazırlaşacağına güvənirəm,-deyə şərhçi bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR