Sabah Brüsseldə İlham Əliyev və NATO-nun Baş katibi arasında görüş olacaq

Sabah Brüsseldə İlham Əliyev və NATO-nun Baş katibi arasında görüş olacaq
SİYASƏT
17:13 13.12.2021
394
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb.

Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.

Bundan başqa, sabah Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.
OXŞAR XƏBƏRLƏR