Sabah bu ərazilərdə su kəsiləcək

Sabah bu ərazilərdə su kəsiləcək
SOSİAL
17:38 18.05.2016
1971
Bakı şəhəri Azadlıq prospekti və Cəfər Xəndan küçəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçəsində yeni çəkilmiş su xətləri mövcud şəbəkəyə birləşdirilir.
Bununla əlaqədar 19 may 2016-cı il tarixində saat 09:00-dan etibarən gün ərzində Azadlıq prospekti 161a-191 və Cəfər Xəndan küçəsi 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
OXŞAR XƏBƏRLƏR