Sabah bu rayonun 4 kəndində qaz olmayacaq

Sabah bu rayonun 4 kəndində qaz olmayacaq
SOSİAL
19:13 23.06.2024
174
Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.
 
AZXEBER.COM xəbər verir ki, Qəriblər kəndində 2024-2025-ci il payız-qış tədbirlər planına uyğun olaraq müxtəlif diametrli siyirtmələrin quraşdırılması üçün Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərinin ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
 
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
OXŞAR XƏBƏRLƏR