Sabah bu yerlərdə qaz olmayacaq

Sabah bu yerlərdə qaz olmayacaq
SOSİAL
17:13 30.01.2017
1224
 
Sabah saat 10:00-dan 17:00-dək "Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə AZXEBER.COM SOCAR-ın saytına istinadən xəbər verir.

Təmir işləri aparılan müddətdə Astara rayonunun Kakalos, Siyəkürt, Telman, Pensər və Şahağacı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
OXŞAR XƏBƏRLƏR