Sabah 'Eurovision'la bağlı təqdimat olacaq

Sabah
MƏDƏNİYYƏT
18:26 16.03.2012
1996
Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Səbinə Babayevanın müsabiqə mahnısı martın 17-də təqdim olunacaq.
AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, həmin gün Azərbaycan təmsilçisinin rəsmi internet saytı da istifadəyə veriləcək.Azərbaycanın “Eurovision 2012” mahnısının rəsmi videosu isə martın 19-da nümayiş olunacaq.Xatırladaq ki, 2008-ci ildən Milli Seçim turlarında ardıcıl iştirak edən Səbinə Babayeva fevralın 12-də keçirilən Milli Final konsertində Azərbaycanın builki Eurovision Mahnı Müsabiqəsində təmsilçisi seçilib.
OXŞAR XƏBƏRLƏR